Yunanıstanın "Olimpiakos" klubu Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
“İki sahil” xəbər verir ki, Pirey təmsilçisi “Neftçi”dən transfer edilən Mamadu Kaneni "Atalanta" (İtaliya) ilə oyunlar üçün sifariş etməyib.
Siyahıya 3 yeni futbolçunun adı daxil edilib ki, onların arasında qvineyalı yarımmüdaifəçi yoxdur.
Xatırladaq ki, "Olimpiakos" Kaneni ötən ilin yayında "Neftçi"dən 680 min avro qarşılığında transfer edib. Həmin vaxt Kaneni “Neftçi”yə icarə verən Yunanıstan klubu bu qış futbolçunu geri qaytarıb.