04 fevral 2022 11:03
749

Braziliya millisinin sabiq üzvü Türkiyə klubunda

Türkiyənin "Antalyaspor" klubu heyəyini yeni oyunçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, Superliqa təmsilçisi braziliyalı hücumçu Luis Adrianonu transfer edib. Bu barədə klubun rəsmi Tvitter hesabı məlumat yayıb.

34 yaşlı forvardla  1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü Donetsk "Şaxtyor"u, Moskva "Spartak"ı və "Milan" kimi klublarda da çıxış edib.