"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisini çalışdırmaq istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 49 yaşlı mütəxəssisə PSJ-dən təklif gəlsə də, o, qəbul etməyib. Zidan ümid edir ki, DÇ-2022-dən sonra Fransa millisinin baş məşqçisi Didye Deşam istefa verəcək. Buna görə də o, yığmaya baş məşqçilik edəcəyini düşünür.
Qeyd edək ki, Zidan ötən il Madrid təmsilçisindən istefaya göndərilib.