03 fevral 2022 19:52
632

"Bavariya" hücumçusunu icarəyə verdi

"Bavariya" futbolçusu Nemanya Motikanı icarəyə verib. 

“İki sahil” xəbər verir ki, 18 yaşlı hücumçu karyerasını "Srvena Zvezda"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvard Serbiya klubu ilə 4 illik müqavilə imzalayıb.  Motika yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Motika "Bavariya"nın ikinci komandasında  27 oyuna 16 qol vurub və 8 qolun ötürməsini verib. ​2003-cü ildə Berlində dünyaya gəlmiş Nemanya Serbiyanın U-19 yığmasında çıxış edir.