02 fevral 2022 09:40
881

Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb

"Pekin-2022" Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan komandasının şef de-missionu Anar Bağırov özünün feysbuk səhifəsində paylaşım edib.

Azərbaycanı olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər.

Qeyd edək ki, Pekin olimpiadası fevralın 4-dən 20-dən keçiriləcək.