AFFA-nın bu gün keçiriləcək növbəti Konfransında FIFA və UEFA nümayəndələri də iştirak edəcək.
“İki sahil” xəbər verir ki, ali futbol qurumunu Nodar Axalkatsi, qitə qurumunu Joze Kliment təmsil edəcək.
Onların Konfrans zamanı çıxışı da nəzərdə tutulub.
Qeyd edək ki, Kiçik Nodar Axalkatsi FIFA-nın UEFA-ya üzv assosiasiyaları İdarəetmə Departamentinin rəhbəridir. O, 2005 - 2009-cu illərdə Gürcüstan Futbol Federasiyasının prezidenti olub. Onun atası Nodar Axalkatsi Gürcüstanın məşhur futbolçusu, Tbilisi "Dinamo"sunun heyətində SSRİ çempionu və iki dəfə SSRİ Kubokunun sahibi olub.
Slovakiya Futbol Assosiasiyasının sabiq baş katibi Jozef Kliment isə hazırda UEFA-nın İnkişaf şöbəsininin rəhbəridir.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub