"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Marsel"in fevralın 27-də Fransa Liqa 1-də "Trua"ya qarşı keçirməli olduğu XXVI tur oyununun başlama saatı dəyişdirilib.
“İki sahil” xəbər verir ki, qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 16:00-da deyil, saat 20:05-də başlayacaq.
Fevralın 24-də Bakıda Ağdam klubunun qonağı olacaq "Marsel" məsafənin uzaqlığını və yol yorğunluğunu nəzərə alaraq LFP-yə müraciət etmişdi. Qurum müvafiq araşdırmalardan sonra kluba müsbət cavab verib.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə keçirəcək.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub