01 fevral 2022 18:51
804

A seriyasının prezidenti istefa verib

İtaliya A seriyasının prezidenti Paolo Dal Pino istefa verib.

“İki sahil” xəbər verir ki, qurum başçısı 2020-ci ilin yanvarından tutduğu postu tərk etməyi lazım bilib.

58 yaşlı funksioner bu vəzifəyədək digər sahələrdə çalışıb. O, “Fininvest”, “Mondadori”, “Kataveb”, “Telecom”, SEAT, “Pirelli” və “Vind” şirkətlərində işləyib.

Qeyd edək ki, Dal Pini bu addımının səbəbini açıqlamayıb.