"Real"ın və Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos karyerasını 1 oyunluq bərpa etmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 49 yaşlı veteran oyunçu həvəskar çempionat hesab olunan İngiltərə Pivə Liqasında çıxış edəcək. Karlos "Bull in Barn Yunayted" klubunda oynayacaq. "Bull in Barn Yunayted" “eBay”in sosial platformasının "Dream Transfer" müsabiqəsində qalib gəlib. Klublar burada iştiraka görə 5 funt sterlinq ödəyir və yarışda qalib gələn komanda bir matçlıq peşəkar futbolçu alır. Müqaviləni isə "eBay" həll edir.
"Dream Transfer" tirajından əldə edilən bütün gəlirlər xeyriyyəçiliyə yönəldilib.
Qeyd edək ki, Roberto Karlos 2016-cı ildə karyerasını bitirib.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub