01 fevral 2022 20:59
773

 “Masallı” birinci olub

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə  kişi voleybolçular arasında keçirilən  Azərbaycan çempionatının Birinci Liqa yarışları davam edir. Voleybol həvəskarların böyük marağına səbəb olan yarışlarda 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, “Taleh-A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” iki qrupda iki dövrədən ibarət olmaqla  qələbə  uğrunda öz qüvvəsini sınayır.

Artıq yarışların dördüncü turuna yekun vurulub. “Masallı” komandası  bu turda da rəqibindən üstün olub.  “Azərbaycan Ali Hərbi Məktəbi” komandası ilə görüşün  üç setində də  (25:23, 25:22, 25:21)  inamlı qələbə qazanıb. Bu qələbə “Masallı” komandasını  həm də  qrupda   birinci pilləyə yüksəldib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü