31 yanvar 2022 16:17
799

İbrahimoviç qərarını verdi

Zlatan İbrahimoviç daha 1 mövsüm “Milan”da oynayacaq.

"İki sahil" “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu bir müddət düşündükdən sonra hazırkı klubu ilə bu yay başa çatacaq müqaviləsinin müddətini 2023-cü ilin yayına qədər uzatmaq qərarı verib.

Qeyd edək ki, isveçli futbolçu bu mövsüm tez-tez zədə alıb. Buna baxmayaraq, o, 19 oyunda meydana çıxıb (1068 dəqiqə), 8 qol vurub və 2 qolun ötürməsini edib.