31 yanvar 2022 13:51
807

“Qarabağ” uğursuz transferini Kipr klubuna icarəyə verib

“Qarabağ”ın futbolçusu Qaspar Panadero karyerasını Kiprdə davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

İspaniyalı yarımmüdafiəçi AEK-ə keçib. “Qarabağ”ın uğursuz transferi sayılan Qaspar Larnaka təmsilçisində icarə əsasında çıxış edəcək. O, mövsümün sonunadək bu klubda oynayacaq.

Qeyd edək ki, yayda Ağdam klubuna keçən ispaniyalı Premyer Liqada cəmi 4 oyun keçirib və 243 dəqiqə meydanda olub.