Tunis millisinin baş məşqçisi Monder Kebayer istefaya göndərilib.
“İki sahil” xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kebayerin köməkçisi vəzifəsində çalışan Calil Kadri komandanın yeni baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Tunis yığması Afrika Millətlər Kubokunun 1/4 finalında Burkina Fasoya uduzaraq (0:1) mübarizəni dayandırıb. Kebayer 2019-cu ildən Tunir millisini çalışdırırdı.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq