"Bu etimada görə təşəkkürümü bildirirəm. Biz işləməliyik. Federasiya əvvəl də işləyirdi. Azərbaycanda qış idman növlərinə maraq yox idi. Qəbələ, Şahdağ və Naxçıvanda xizəklə məşğul olmaq olur".
“İki sahil” xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasının yeni prezidenti Fuad Nağıyev mətbuat konfransında deyib.
O, dəfələrlə Şahdağa getdiyini və insanların dağ xizəyi ilə məşğul olduğunu deyib: "Peşəkar atletlər hazırlamaq istəyirik. Biz işləməliyik. 4 ildən sonra qış olimliadasında yeni idmançılarla təmsil olunmalıyıq. Bunlar da yerli idmançılar olmalıdır. Azərbaycanda qış idman növlərinin mədəniyyətini formalaşdırmalıyıq. Ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, 3 xizək kurortu fəaliyyət göstərir və bunun sayı gələcəkdə artacaq. Gələn il Şahdağda qış xizək məktəbi fəaliyyət göstərəcək.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq