31 yanvar 2022 09:34
1084

Kristian Eriksen Premyer Liqaya qayıdır

Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən Premyer Liqada çıxış edəcək.

“İki sahil” xəbər verir ki, yarımmüdafiəçi “Brentford”a keçməyə yaxındır.

Eriksen artıq tibbi müayinədən də uğurla keçib. O, yaxın müddətdə rəsmi müqavilə imzalayacaq.

Anlaşma mövsümün sonunadək olacaq. Tərəflərin razılaşmasında müqavilənin sonradan daha bir il müddətinə uzadılması ilə bağlı bənd də nəzərdə tutulub.

Qeyd edək ki, AVRO-2020-nin Finlandiya – Danimarka oyununda (1:0) ürəyi dayanan futbolçu təxminən yarım il meydanlardan kənar qalıb.