31 yanvar 2022 10:07
895

UEFA "Real Madrid"in baş məşqçisindən imtahan tələb edir

UEFA İspaniyanın "Real Madrid" klubunun sükanı arxasında olan Karlo Ançelottidən məşqçilik imtahanından keçməsini tələb edir.

"İki sahil" "Football Italia"ya nəşrinə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisin lisenziya müddəti 2021-ci il dekabrın 31-də başa çatıb.

Avropa futbol qurumu italiyalı baş məşqçinin texniki zonadan komandaya rəhbərlik etməsindən əvvəl imtahandan keçməsini istəyir. UEFA Ançelottiyə məsələ ilə bağlı xəbərdarlıq məktubu da göndərib.