“Barselona”nın qapıçısı “Qalatasaray”da oynayacaq
“İki sahil” xəbər verir ki, Türkiyə klubu “Barselona”nın qapıçısı İnyaki Penyanı icarəyə götürəcək.
22 yaşlı qolkiper artıq İstanbula gəlib. İspaniyalı mövsümün sonunadək “Qalatasaray”da çıxış edəcək.
Qeyd edək ki, İnyaki cari mövsüm “Barselona”nın ikinci komandasının heyətində 3-cü liqada 6 oyun keçirib.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq