30 yanvar 2022 19:50
836

Avstraliya Açıqda Rafael Nadal yeni rekorda imza atıb

Tennis üzrə Avstraliya Açıq çempionatında (US Open) kişilərin fərdi mübarizəsində qalib bəlli olub.

“İki sahil” xəbər verir ki, finalda ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev üz-üzə gəlib.

Qarşılaşma Nadalın 3:2 (2:6, 6:7 - 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə bitib. İlk iki setdə Medvedev qələbə qazanıbsa, növbəti 3 setdə 36 yaşlı raketka ustası rəqibinə şans verməyib.

Böyük Dəbilqə seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Rocer Federer və serbiyalı Nokak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.