Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos növbəti dəfə zədələnib.
“İki sahil” xəbər verir ki, 36 yaşlı müdafiəçi məşqdə ayağından xəsarət alıb.
İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
Qeyd edək ki, 2021-ci ilin yayında İspaniya "Real Madrid"indən PSJ-yə keçən Serxio Ramos zədə səbəbindən yalnız 5 oyunda meydanda olub və 1 qol vurub.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq