30 yanvar 2022 17:12
711

Şəhriyar Məmmədyarov yarışı ikinci pillədə başa vurub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində sonuncu - XIII turun görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, rəqib ABŞ-dan olan Fabiano Karuana olub.

Məmmədyarov rəqibi ilə heç-heçə edib.