30 yanvar 2022 11:55
696

Emre Belözoğludan Mahirlə bağlı açıqlama

Türkiyənin "Başakşehir" klubunun baş məşqçisi Emre Belözoğlu millimizin üzvü Mahir Emrelinin mümkün transferi ilə bağlı danışıb.

“İki sahil” xəbər verir ki, o, "Anadolu" agentliyinə müsahibəsində məsələ ilə klubun vitse-prezidenti Mustafa Eroğütün maraqlandığını deyib:

"Bəli, Mahir Emreli maraqlandığımız futbolçudur. Bildiyimə görə, Polşada xoşagəlməz bir olayla qarşılaşıb. O vəziyətdən çıxmağa çalışır. Onun transfer məsələsi ilə vitse-prezidentimiz Mustafa Eröğüt çalışır. Mənim məsələ ilə bağlı bilgim bu qədərdir".

Xatırladaq ki, Mahir Emreli “Legiya”nın təlim-məşq toplanışına qoşulmayıb. Məlum azarkeş hücumundan sonra Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyən 25 yaşlı hücumçunun adı bir sıra başqa klublarla da hallanır.