Türkiyə millisinin və "Everton"un hücumçusu Cenk Tosun "Hall Siti"nin təklifini rədd edib.
"İki sahil" offsideplus-a istinadən xəbər verir ki, komandanın yeni sahibi Acun İlicalı 30 yaşlı futbolçunu transfer etmək istəyib. Lakin adıçəkilən oyunçu bundan imtina edib.
Cenkin Mersisayd təmsilçisi ilə sözləşməsi bu mövsümün sonu başa çatır.
Qeyd edək ki, Cenk 2017-ci ilin yanvarından "Everton"da çıxış edir.
Xatırladaq ki, türkiyəli iş adamı Acun İlicalı bir müddət əvvəl "Hall Siti"ni alıb. Komanda Çempionşipdə mübarizə aparır.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq