İtaliya "Fiorentina"sı İsveçrənin "Bazel" komandasının futbolçusu Artur Kabralı heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqavilə imzalanıb. Sözləmənin detalları açıqlanmayıb. Braziliyalı forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.
İddiaya görə, Florensiya təmsilçisi bu keçid üçün qarşı tərəfə 16 milyon avro təzminat ödəyib. "Sambaçı" "Yuventus"a keçən Duşan Vlahoviçin əvəzinə transfer edilib.
Qeydb edək ki, Artur Kabral cari mövsüm "Bazel"in heyətində 31 oyuna çıxıb, 27 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçrə təmsilçisi UEFA Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olub. Kabral İsveçrədə "köhlən atlar"a 3:0 hesabı ilə qalib gəldikləri VI tur görüşündə dubl edib.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq