“Milan” futbolçusu Teo Ernandeslə müqaviləni uzadıb.
“İki sahil” xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Teo 2019-cu ilin yayında “Real”dan transfer olunub. Keçid üçün milanlılar 21,5 milyon avro ödəyib.
Qeyd edək ki, müdafiəçi A seriyasının cari mövsümündə 19 matçda 4 qola imza atıb.