29 yanvar 2022 13:04
1046

Komandamızın yarımfinaldakı rəqibi bəlli olub

İsveçrənin Sankt Moritz şəhərində 37-ci Qarüstü Polo üzrə Dünya kubokunda iştirak edən Azərbaycanın "Land of Fire" komandasının yarımfinaldakı rəqibi müəyyənləşib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) "İki sahil"ə verilən məlumata görə, Elçin Camallının rəhbərlik etdiyi kollektiv finala vəsiqə uğrunda yerli "Badrutt’s Pelas" klubu ilə qarşılaşacaq.

Bu raundun digər görüşündə isə "Klinika La Preri" və "Kasablanka" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları bu gün keçiriləcək. "Land of Fire" klubunun oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.