29 yanvar 2022 08:34
734

Peru səfərdə Kolumbiyanı məğlub edib

Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Kolumbiya yığması Peru yığmasını qəbul edib.

“İki sahil” xəbər verir ki, oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu Edison Flores vurub.

Qeyd edək ki, hazırda Peru yığması qrupda dördüncü, Kolumbiya yığması isə altıncı yerdədir.