28 yanvar 2022 16:40
721

Duşan Vlahoviç “Yuventus”a keçib

Duşan Vlahoviçin “Yuventus”a keçidi rəsmiləşib.

“İki sahil” xəbər verir ki, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

Bu gün 22 yaşını qeyd edən serbiyalı hücumçu “Fiorentina”dan transfer olunub. Onun keçidi 70 milyon avroya gerçəkləşib.

Bu rəqəm bonuslar hesabına daha 5 milyon arta da bilər. Onun yeni klubundakı illik maaşı 7 milyon təşkil edəcək.