28 yanvar 2022 16:01
723

Müller İngiltərədə oynayacaq?

“Bavariya”nın futbolçusu Tomas Müller karyerasını İngiltərədə davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, 32 yaşlı hücumçunu ilə “Nyukasl” və “Everton” heyətinə qatmaq istəyir. Müllerin “Bavariya” ilə müqaviləsi 2023-cü ildə başa çatacaq. Lakin İngiltərə təmsilçiləri onun keçidi üçün pul xərcləməyə hazırdır.

Qeyd edək ki, Müller 2007-ci ildən "Bavariya"nın əsas komandasında oynayır. O, Münhen təmsilçisinin yetirməsidir.