"Borussiya"nın (Dortmund) futbolçusu Erling Haaland bu mövsüm Çempionlar Liqasının qalibi olmaq üçün favorit hesab etdiyi klubların adlarını açıqlayıb.
“İki sahil” xəbər verir ki, 21 yaşlı hücumçu "Sky Sports"a açıqlamasında deyib:
"Mən heç vaxt "Bavariya"ya qalib gələ bilməmişəm. Buna görə də onları çətin rəqib hesab edirəm. Amma Çempionlar Liqasındakı favoritlərim "Mançester Siti, PSJ və "Real"dır".
Qeyd edək ki, Haaland 2020-ci ildən Bundesliqa təmsilçisində oynayır.