27 yanvar 2022 19:09
971

Cüdo Federasiyası məlumat yaydı: Testin nəticəsi neqativ olanlar yarışda iştirak edəcəklər

Portuqaliya Qran Prisində iştirak etmək üçün bu ölkənin Almada şəhərinə yollanan milli yığma heyətinin bəzi üzvlərində PCR testin nəticələri pozitiv olduğu üçün onlar yarışlara buraxılmayıblar.

“İki sahil” xəbər verir ki,  bu barədə Cüdo Federasiyası məlumat yayıb. Bildirilir ki, ikinci dəfə götürülən testdən sonra nəticələri neqativ olan aşağıdakı idmançılar sabah başlayan yarışda Azərbaycanı təmsil edəcəklər:

-60 kq. çəki dərəcəsi
Balabəy Ağayev
Rövşən Əliyev

- 100 kq. çəki dərəcəsi
Adil Kərimli

+100 kq. çəki dərəcəsi
Uşanqi Kokauri
İmran Yusifov

Aşağıdakı heyət üzvləri qeyd edilən səbəblərdən yarışda iştirak edə bilməyəcəklər:

-66 kq.
Yaşar Nəcəfov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib 

- 73 kq.
Nəriman Mirzəyev - Bakıda 24 yanvarda verilən testin nəticəsi pozitiv olduğu üçün Portuqaliyaya göndərilməyib
Zaməddin Poladov  - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib

- 81 kq.
Zelim Tçkayev - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, Portuqaliyada ilk test neqativ, ikinci test pozitiv olduğu üçün yarışa buraxılmayıb

-90 kq.
Rüfət İsmayılov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib

-48 kq.
Aydan Vəliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb. 
Şəfəq Həmidova - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb. 

-52 kq.
Səbinə Əliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb. 

Bundan başqa, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət milli yığmanın böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi pozitiv olduğu üçün yarışa buraxılmayıblar.

Azərbaycan Cüdo Federasiyası PCR test nəticəsi pozitiv olan heyət üzvlərinin müalicəsi üçün bütün tədbirləri gördüyünü ictimaiyyətin diqqətinə çatdırır və sabah başlayacaq yarışda iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayır.