"Borussiya"nın (Dortmund) futbolçusu Erling Haaland İngiltərə mətbuatına maraqlı müsahibə verib.
"İki sahil" "Football Daily"ə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu açıqlamasında ən sevdiyi yeməyin kabab olduğunu deyib:
"Kabab mənim sevimli yeməyimdir. Mən onu çox sevirəm. Amma kababı hər zaman yox, ildə bir neçə dəfə yeyirəm".
Qeyd edək ki, Haaland 2020-ci ildən Dortmund klubunda oynayır.