27 yanvar 2022 17:22
901

"Neftçi"dən ayrılan yarımmüdafiəçi Portuqaliya liqasında

Bir neçə gün əvvəl “Neftçi”dən ayrılan Harramiz Soaresin yeni klubu məlum olub. 

“İki sahil” xəbər verir ki, o, karyersını Portuqaliya 2-ci liqa təmsilçisi “Farense”də davam etdirəcək. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki. Harramiz 2021-ci ilin iyulundan 2022-ci ilin yanvarına qədər “Neftçi”də çıxış edib. O, Paytaxt klubunda 11 oyuna çıxıb.

Qeyd edək ki, Harramiz 2014-2016-cı illərdə də “Farense”də çıxış edib.