“Cüdo ilə bağlı qısamüddətli hədəflərimiz var”.
“İki sahil” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rövşən Rüstəmov deyib.
O, federasiyanın yeni rəhbərliyinin hədəflərini açıqlayıb: “Qarşıdan Paris-2024 Yay Olimpiya Oyunları gəlir. Hədəfimiz Olimpiadaya hazırlıqlar hesabına yaxşı nəticələr göstərməkdir. Daha sonra dünya və Avropa çempionatları gəlir. Bunlar qısamüddətli hədəflərdir. Uzunmüddətli hədəf isə cüdonun ölkədə populyarlaşdırılmasıdır”.