“Yuventus”un qapıçısı Mattia Perin koronavirusa yoluxub.
“İki sahil” xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. İtaliyalı qolkiper karantinə alınaraq komandadan təcrid olunub.
Qeyd edək ki, Perin bu mövsüm 6 oyunda 7 top buraxıb.