YAP Yasamal rayon təşkilatının "H.Cavid pr. 119" ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib.
“İki sahil” xəbər verir ki, AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, YAP Veteranlar Şurasının üzvü, akademik Akif Əlizadə iştirakçıları salamlayıb və qeyd edib ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə işıq salır.
Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.
Sonra "H.Cavid pr. 119" ünvanında yerləşən ƏPT-nın sədri Cəbrayıl Azadəliyev VI qurultaydan sonrakı dövr ərzində görülən işlər haqqında hesabat verib.
Hesabatı dinləyən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra səsvermə nəticəsində "H.Cavid pr. 119" ünvanındakı ƏPT-nın sədri Nağı Nağıyev, sədr müavini isə Bahar Babayeva seçilib.