“Neftçi”icarə əsasında komandada çıxış edən Mamadu Kane ilə vidalaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2018-ci ilin dekabrında – 21 yaşında Qvineyadan “Neftçi”yə gələn Kane 2021-ci ilin sentyabrında Yunanıstanın “Olimpiakos” klubuna satılıb. Daha sonra icarə əsasında “Neftçi”də çıxışını davam etdirən 25 yaşlı futbolçu artıq yeni klubuna qoşulacaq.
Qeyd edək ki, Mamadu Kane "Neftçi"nin heyətində 61-i çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 80 rəsmi matçda (1 qol) iştirak edib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 13 oyuna çıxıb, 1 qol vurub.