26 yanvar 2022 09:34
940

"Beşiktaş" azərbaycanlı futbolçu üçün skaut göndərəcək

Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Önder Karaveli "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə görüşüb.

"İki sahil" "Fotospor"a istinadən xəbər verir ki, görüş Ağdam klubunun Türkiyənin Antalya şəhərindəki toplanışı zamanı baş tutub.

Karaveli İstanbul təmsilçisinin skaut komandasını 20 yaşlı hücumçunu izləmək üün göndərəcək. Onlar Qurbanlıya UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə görüşdə baxacaq və rəhbərliyə hesabat təqdim edəcək.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. O, komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.