26 yanvar 2022 07:53
879

Millimiz İspaniya ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşacaq. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi Migel Kastilyu olacaq.

Qrupun digər oyununda Gürcüstan və Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan millisi ilk matçda Gürcüstana 2:3 hesabı ilə uduzub. İspaniya isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.

Avropa çempionatı

D qrupu, II tur

26 yanvar

23:30. İspaniya - Azərbaycan

Baş hakim: Migel Kastilyu (Portuqaliya)

Qroningen. "Martini Plaza".

Qeyd edək ki, Azərbaycan milli komandası qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.