25 yanvar 2022 15:15
760

Haaland nə vaxt qayıdacaq?

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland  qeyri-müəyyən müddətə sıradan çıxıb. 

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, buna onun Almaniya Bundesliqasının 20-ci turunda "Hoffenhaym"la matçda (3:2) zədələnməsi səbəb olub. Tibbi müayinədən keçən norveçli oyunçunun  əzələsində problem olduğu və onun müalicəyə ehtiyacı olduğu müəyyənləşib.

Bu mövsüm 21 yaşlı hücumçu bütün yarışlarda 20 oyun keçirib və 23 qol vurub.