"Mançester Yunayted"in futbolçusu Antoni Marsyal karyerasını İspaniyada davam etdirməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu brədə jurnalist Fabrizio Romano məlumat yayıb. 26 yaşlı hücumçu "Sevilya"ya keçəcək. Klublar fransalı oyunçunun icarəsi üçün razılığa gəliblər.
Xəbərdə o da bildirilib ki, Marsyal bu gün ərzində İspaniyaya yola düşəcək.
Qeyd edək ki, Marsyal bu mövsüm 8 matçda 1 qol vurub.