25 yanvar 2022 07:56
1172

Afrika Millətlər Kuboku oyununda 7 nəfər həlak olub

Afrika Millətlər Kubokunda Kamerun və Komor adaları arasında keçirilmiş 1/8 final matçında izdiham baş verib.

“İki sahil” xəbər verir ki, qarşıdurmada azı 7 nəfər həlak olub.

Ağır yaralanan azarkeşlər isə xəstəxanaya aparılıb.

Qeyd edək ki, görüş Kamerunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 1/4 finalda Qambiya ilə üz-üzə gələcək.