24 yanvar 2022 18:10
903

“Masalı” komandasının birinci Liqada növbəti qələbəsi

Masallı rayonunda yaradılmış  “Masallı” kişi  voleybol komandası idman meydançalarında qazandığı uğurlu nəticələri ilə yaxşı tanınır. Bildiyimiz kimi, yanvarın 23-də kişi voleybolçular arasında 2021/22-ci il mövsümü üzrə Birinci Liqa yarışlarının üçüncü turu başa çatıb. Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı sayəsində keçirilən  bu yarışlarda Masallının “Masallı” voleybol komandası  da iştirak edirdi.

“Murov” voleybol klubunun idman zalında təşkil olunan  növbəti turun oyunlarında “Masallı” voleybolçuları “Veteranlar” komandası ilə görüşüb və  qələbə qazanıb.

Dörd setdən ibarət  maraqlı, gərgin  oyunda ilk dəqiqələrdən üstünlüyü  əla alan “Masallı” komandası  3:1 (25:19, 20:25, 25:19, 25:21) hesablı ilə rəqibinə qalib gəlmişdir.   Komanda bu qələbən sonra xalların sayını 5-ə çatdırıb və  qrupda ikinci pilləyə  qalxıb.

Məlumat üçün bildirək ki, masallıları təmsil edən komandanın  yarışa qatıldığı  “B” qrupundakı turnir cədvəli belədir: “Azərbaycan Ali Hərbi Məktəbi” – 6 xal, “Masallı” – 5, “Ryuqa” – 4, “Veteranlar” – 3, “Aura” – 0.  Yarışlarda  isə 10 klub olmaqla iki qrupda, iki dövrədən ibarət mübarizə aparırlar. Bunlar  “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, “Taleh-A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil” və “Masallı” komandalarıdır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər  Birliyinin üzvü