23 yanvar 2022 21:30
1069

Pekin-2022: Olimpiya kəndi açılıb

Çinin paytaxtı Pekindəki Olimpiya kəndi iştirakçıları qəbul etməyə başlayıb.

“İki sahil” xəbər verir ki, kəndin rəsmi açılışı yanvarın 27-nə nəzərdə tutulub.

Lakin xarici nümayəndə heyətlərinin üzvləri indidən kənddə yerləşə bilərlər. İdmançıların gəlişi də məhz ayın 27-nə planlaşdırılıb.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-20-də keçiriləcək.