23 yanvar 2022 18:33
838

İngiltərə klubunun stadionunda yanğın olub

İngiltərənin "Vulverhempton" komandasının ev oyunlarını keçirdiyi "Molinyu" stadionunda yanğın olub.

“İki sahil” xəbər verir ki, hadisə ötən gecə baş verib.

Qısa qapanmanın səbəb olduğu yanğın nəticəsində insan tələfatı olmasa da, kluba ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu, hazırda icarə əsasında Portuqaliya "Tondela"sında çıxış edən Renat Dadaşov müqavilə ilə "Vulverhempton"a məxsusdur.