23 yanvar 2022 13:56
1038

Premyer Liqa təmsilçisi Eriksenlə müqavilə imzalayacaq

"İnter"in sabiq futbolçusu Kristian Eriksen yenidən İngiltərədə çıxış edəcək.

“İki sahil” "Mirror"a istinadla xəbər verir ki, danimarkalı yarımmüdafiəçi "Brenford"la razılaşıb. Premyer Liqa təmsilçisinin tezliklə Eriksenlə müqavilə imzalayacağı bildirilib.

Xatırladaq ki, Eriksenin ötən il iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb.  Onun son klubu "İnter" olub və ötən ay A seriyası təmsilçisindən ayrıldığını açıqlayıb.