22 yanvar 2022 22:04
788

Futzal millimiz ilk oyunda məğlub olub

Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda Gürcüstan seçməsi ilə üz-üzə gəlib.

Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşma Azərbaycan yığmasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandanın hər iki qolunu Rafael Vilela vurub.

Bu qrupun digər matçında İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək.

Avropa çempionatı

D qrupu, I tur

22 yanvar

Gürcüstan - Azərbaycan - 3:2

Qol: Elisandro 9'31; Sebiskveradze 26'54''; Thales 31'30'' (p) - Rafael Vilela, 5'14''; 6'26''

Baş hakim: Sedrik Pelisye (Fransa)

Qroningen. "Martini Plaza".

Qeyd edək ki, Azərbaycan millisi ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.