22 yanvar 2022 21:08
1001

"Sumqayıt" sonuncu yoxlama oyununda uduzub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" sonuncu yoxlama oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Aleksey Baqanın baş məşqçi olduğu komanda Şimali Makedoniyanın "Şkupi" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi əvvəlki görüşlərdə Almaniyanın "Berliner AK" komandasına 2:5 hesabı ilə uduzub, Polşa "Yagelloniya"sı ilə isə qolsuz heç-heçə edib.