22 yanvar 2022 12:10
786

"Napoli"nin futbolçusunun ürəyində problem yaranıb

İtaliyanın "Napoli" klubunun və Əlcəzair millisinin futbolçusu Adam Unasın ürəyində problem aşkarlanıb.

"İki sahil" "Football Italia"ya istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Camel Belmadi açıqlamasında bildirib.

46 yaşlı mütəxəssis vingerin səhhətindəki probleminin koronavirusa yoluxması ilə əlaqədar olduğunu söyləyib.