20 yanvar 2022 23:41
815

Pele yenidən xəstəxanaya yerləşdirilib

Braziliyalı keçmiş futbolçu Pele kimya terapiyası keçmək üçün xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, 82 yaşlı sabiq hücumçu bu məqsədlə San-Pauludakı Albert Eynşteyn xəstəxanasına yollanıb. Söhbət planlı müalicədən gedir. Müayinədə məqsəd veteran oyunçunun onkoloji vəziyyəti barədə informasiya almaqdan ibarətdir.

2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçməkdən ötrü planlı şəkildə xəstəxanaya yerləşdirilib.