19 yanvar 2022 16:09
1189

Biletlər yalnız FİFA-nın saytı vasitəsilə satılacaq

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı üçün biletlərin satışına start verilib.

“İki sahil” xəbər verir ki, satışın ilk mərhələsi fevralın 8-dək davam edəcək və biletlər yalnız FİFA-nın saytı vasitəsilə satılacaq.

Əcnəbi vətəndaşlar üçün qrup mərhələsinin biletlərinin qiyməti 69-220 dollar, yerli vətəndaşlar üçün isə 11 dollar olacaq.

Final qarşılaşmasına əcnəbilər 604-1600 dollar arası xərcləməklə baxa bilərlər, yerli sakinlər üçün isə bu qiymət 206 dollardır.